İzmirdə biznes mərkəzi yanır

İzmirdə biznes mərkəzi yanır

Türkiyənin İzmir şəhərinin Kemeraltı bazarında biznes mərkəzinin damında naməlum səbəbdən yanğın baş verib.

Globalinfo.az bildirir ki, bu barədə NTV məlumat yayıb.

Qeyd olunub ki, yanğın ətrafdakı iş yerlərinə də keçib.

Biznes mərkəzindəki işçiləri təxliyə edilib.