İstanbulda kuryoz olay: səsverməyə toyuqla gəldi – FOTO

İstanbulda təxminən 60-65 yaşlı vətəndaş bələdiyyə seçkilərində səs vermək üçün məntəqəyə  toyuqla gəlib.

Globalinfo.az xəbər verir ki, onun məntəqəyə gəlişi seçicilərin marağına səbəb olub.

Seçici toyuğun bir müddətdir ondan ayrılmadığını bildirib:

“Toyuq işə də, gəzməyə də mənlə gedir.Birlikdə səs verdik. Düzdür, onu vətəndaş kimi qəbul etmədilər, amma səsvermə hüququmdan birlikdə istifadə etdik”, – o deyib.

Qeyd edək ki, Türkiyədə qarşıdan gələn beş il ərzində xidmət göstərəcək yerli özünüidarə orqanlarına seçkilər keçirilir. Bu seçkilərdə ölkənin otuzu böyük şəhər olmaqla 81 vilayət, 973 rayon və 390 qəsəbəsində bələdiyyə şuralarının başçıları və tərkibi, həmçinin 50 min 336 kənd və məhəllə muxtarı müəyyən ediləcək.