İsrail Ukraynaya üç zirehli maşın verdi – Bu ölkələr isə minlərlə top mərmisi göndərəcək

İsrail Ukraynaya üç zirehli təcili yardım maşını verib.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

“Plasan Reem” şirkəti təcili yardım maşınlarını zirehliləşdirib və onları monitor, defibrilyator, oksigen verilməsi sistemi və s. kimi həyat xilas etmək üçün zəruri olan avadanlıqlarla təchiz edib”, – məlumatda qeyd olunub.

Fransa və Avstraliya isə birgə Ukraynaya minlərlə 155 millimetrlik top mərmisi göndərəcək.

Fransa xarici işlər naziri Ketrin Kolonna, müdafiə naziri Sebastien Lekornu, Avstraliyanın xarici işlər naziri Penni Vonq və müdafiə naziri Riçard Marles Fransanın paytaxtı Parisdə birgə bəyanatla çıxış edərək, əməkdaşlığı genişləndirməyə razılaşıblar.

Fransanın müdafiə naziri iki ölkənin birlikdə Ukrayna üçün minlərlə top mərmisi istehsal edəcəyini də qeyd edib.