kuper 1

İsrail Fars körfəzi regionundakı ölkələrə yönələn İran mənşəli PUA və ballistik raketlərin qarşısının alınmasında fəal rol oynayır.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Bred Kuper məlumat verib.

Onun sözlərinə görə, CENTCOM regiondakı tərəfdaş ölkələr və İsraillə koordinasiyalı şəkildə fəaliyyət göstərərək Yaxın Şərq boyunca mülki və hərbi infrastrukturu hədəf alan hava təhdidlərini zərərsizləşdirir.

General Kuper İranın son hücumlarını ümidsizlik əlaməti kimi qiymətləndirib. O qeyd edib ki, ABŞ-ın əməliyyatları Tehranın öz sərhədlərindən kənarda güc nümayiş etdirmək imkanlarını zəiflədir. Eyni zamanda, İsrailin də daxil olduğu müttəfiq hava hücumundan müdafiə sistemləri Fars körfəzi ölkələrinə qarşı pilotsuz uçuş aparatları və ballistik raket təhlükələrinin qarşısının alınmasında mühüm rol oynayır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: