1658135933 erdogan sefer 1531120566

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə səfər edəcək. 

Globalinfo.az xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.

Səfərin sentyabrın 15-də baş tutacağı bildirilir.

Qeyd edək ki, İsrail ordusu sentyabrın 10-da ABŞ-ın atəşkəs təklifini müzakirə etmək üçün Qətərin paytaxtı Dohaya toplanan HƏMAS rəsmilərinin olduğu əraziyə hava hücumu edib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: