İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Beyrutda insanların sıx məskunlaşdığı ərazilərə zərbələr endirib.
Globalinfo.az xəbər verir ki, hədəf şiə Hizbullah təşkilatının yerləşdiyi mövqelər olub.
Hadisə şahidlərinin sözlərinə görə, ölən və yaralananlar var. İlkin məlumata görə, 11 nəfər həyatını itirib, 48 nəfər yaralanıb.
“Hizbullahın tibb mərkəzlərinin yerləşdiyi Ras əl-Nabaa və Nuairi məhəllələrindəki binalara iki zərbə endirilib. Nəticədən Beyrutun sakinləri arasında çaxnaşma yaranıb. Hava hücumlarına məruz qalan əraziyə təcili yardım maşınları gəlib”, – deyə mənbələr vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az