rus zerbe

İsrail təyyarələri Livana – Beyrut Beynəlxalq Hava Limanı yaxınlığında yeni zərbələr endirib.

Globalinfo.az İran mediasına istinadən xəbər verir ki, İsrail ordusu Beyrutun Dahiyə bölgəsinə intensiv olaraq zərbələr endirir.

Qeyd edilib ki, Livanlılar İrandan “Hizbullah”a pul köçürmək üçün istifadə edilən “Kard Əl Həsən” Fondunun Beyrutdakı filialında yanğının baş verdiyini bildirirlər.

Bildirilib ki, Beyrutun cənubunda yerləşən islam qaydalarına uyğun işləyən “Kərd əl Həsən” bankının binası tam dağıdılıb.

Paylaş: