İspaniya dünya çempionu oldu

Qadınlar arasında futbol üzrə dünya çempionatının finalında İspaniya və İngiltərə komandaları üz-üzə gəlib.

Globalinfo.az xəbər verir ki, İspaniya yığmasının üzvü Olga Carmona Garcia oyunun 29-cu dəqiqəsində komandasını önə çıxarıb.

İspaniyada Jenifer Hermoso oyunun 69-cu dəqiqəsində 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.

Beləliklə, İspaniya 1:0 hesabı ilə İngiltərəni məğlub edərək dünya çempionu olub.