“Qarabağ işğal altında olanda ora insan alverinin mənbəyinə çevrilmişdi. Lakin Azərbaycan Qarabağı azad etdi, bu mənbə ləğv olundu”.
Globalinfo.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin mayın 21-də keçirilən plenar iclasında deyib.
Deputat bildirib ki, Azərbaycanda insan alverinin başqa bir forması var və onun qarşısı alınmalıdır:
“Dünyada Ərəb baharı, Rusiya-Ukrayna müharibəsi, digər hərbi münaqişələr səbəbi ilə insan alverinin artması istər-istəməz Azərbaycana da təsir göstərir. Xüsusi xidmət orqanları buna qarşı aktiv mübarizə aparır. Amma Azərbaycanda insan alverinin başqa bir forması – siyasi alver də var. Bu və ya digər şəkildə cinayət törətmiş şəxslərin adlarını siyahıya salıb, siyasi məhbus kimi təqdim edirlər. Bu vasitə ilə onların adından istifadə edib gəlir qazanmağa çalışırlar. Heç bir partiyanın üzvü olmayan, siyasi fəaliyyətlə məşğul olmayan şəxslərə bu adla viza verilir. Sonra xaricə gedən bu kimi şəxslər Azərbaycana qarşı qeyri-etik ifadələr, ittihamlar səsləndirməyə başlayırlar. Bu adamları ekstradisiyası ilə məşğul olmaq lazımdır”.
Ayşən Mustafa
Globalinfo.az