Fransa-Azərbaycan münasibətləri iki halda düzələ bilər – Politoloq

Fransa-Azərbaycan münasibətləri gərgin olaraq qalır. Rəsmi Parisin sərgilədiyi mövqe iki ölkənin münasibətlərini korlayır. Bəzi ekspertlər hesab edirlər ki, münasibətlərin pisləşməsinin əsas səbəbkarı Prezident Emmanuel Makrondur.

Maraqlıdır, Fransa ilə münasibətlər nə zaman normallaşa bilər? Bu, Qarabağa, ermənilərə görədir, yoxsa Fransa başqa hədəflərə oynayır? Makron iqtidardan getdikdən sonra Bakı ilə Paris arasında siyasi-diplomatik sahədə yaranmış böhran aradan qalxacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Turab Rzayev deyib ki, Fransa-Azərbaycan münasibətlərinin bu tezlikdə normallaşması real deyil:

“Münasibətlər həddindən artıq gərgindir. Hətta iş o yerə çatıb ki, parlamentlərarası dostluq qrupu buraxılıb. Hətta səfirlərin çağırılması belə aktualdır.

Bütün bunlar onu göstərir ki, münasibətlər yaxın zamanlarda əvvəlki kimi olmayacaq. Hesab edirəm, münasibətlərin düzəlməsi üçün iki hal baş verməlidir:

Turab Rzayev 

Birincisi, Fransa böyük jest etməli, ilk addımı atmalıdır;

İkincisi, hansısa bir ölkə iki ölkə arasında vasitəçi olub gərginliyi azaltmalıdır;

Hələlik bu iki variantda aktual deyil. Buna görə də münasibətlərin normallaşması ilə bağlı nikbin fikir demək çətindir”.

T.Rzayev deyib ki, Fransa-Azərbaycan münasibətlərinin təməlində Qarabağ məsələsi dayansa da, tək problem bu deyil:

“Burada əsas nüans rəsmi Parisin qlobal siyasətidir. Fransa dünyaya imperializm kontekstində baxır. Türkiyənin Cənubi Qafqazda güclənməsi, özünə yer etməsi isə Fransanın bu siyasəti önündə ciddi maneədir. Paris məhz buna görə get-gedə aqressivləşir”.

Turan Rzayev
Globalinfo.az