İrəvanda tarixi hazırlıq gedir: “İki ölkə hədəfdədir, Azərbaycan isə…”

Polish 20240330 210539918

“Amerikalılar Ermənistanda aktiv şəkildə anti-Rusiya və anti-İran əhvali-ruhiyyəsini alovlandırırlar”.

Globalinfo.az xəbər verir ki, bunu erməni ekspert Armen Abovyan yazıb.

Ekspert son zamanlarda Vaşinqtondan İrəvana çox sayda rəsmi şəxsin gəldiyini bildirib:

“ABŞ bəyan edir ki, Qərbin Cənubi Qafqazda əsas hədəfi rusları və iranlıları sıxışdırıb çıxarmaqdır. Son aylarda Ermənistana amerikalı senatorlar və konqresmenlər, USAİD rəhbəri, ABŞ Dövlət Departamentinin bir neçə yüksək vəzifəli nümayəndəsi və digərləri gəlib. Amerikalılar aktiv şəkildə anti-Rusiya və anti-İran əhvali-ruhiyyəsini alovlandırırlar. Rəsmi olaraq təsdiqlənib ki, ABŞ hərbi nümayəndəsi Ermənistan Müdafiə Nazirliyində oturacaq. Vaşinqton və İrəvan hazırda birgə təlim keçirir. Bu təlim isə Türkiyə və Azərbaycan tandeminin qarşısını almağa yönəlməyib”.

A.Abovyan Rusiyanın dövlət orqanı “Rospotrebnadzor”un ani qərarla ölkəyə Ermənistandan kənd təsərrüfatı məhsullarının gətirilməsini qadağan etdiyini deyib:

“Başqa sözlə, yüzlərlə ton meyvə və tərəvəz əsas bazarından məhrum olub. Yəni minlərlə insan, onların ailəsi və uşaqları əsas gəlirindən məhrum edildi. İndi ABŞ bunu da əvəz etməyə hazırdırmı? Ya da erməni tərəfi Rusiya və İrana qarşı düşmən siyasəti aparsa, hadisələr necə inkişaf edəcək? Azərbaycan və Türkiyə elitalarının Rusiya-Ermənistan münasibətlərinin pisləşməsindən yaranan sevinclərini təsəvvür edə bilirəm”.

Əliyar Xəlil
Globalinfo.az