İrəvan Qarabağın əvəzində Bakıdan nə alıb? – Putinin eks-müşavirindən “fəlakət” iddiası – VİDEO

15:31

“İrəvan artıq Qarabağdan imtina edib”.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq, Putinin keçmiş müşaviri Modest Kolerov deyib.

“Brüssel görüşündə Qarabağ ermənilərinin haqlarının təmini istiqamətində heç bir addım atılmayıb. Bəla budur ki, sizi sərfəli olmayan razılaşmaya məcbur edirlər. Əgər siz bundan qaça bilməsəniz, o zaman sonuncu varianta əl atıb, bunu güc yolu ilə edin. Qoy dünya görsün ki, siz Qarabağ məsələsindən nə qədər narahatsınız. Rəsmi şərhlərdə Qarabağ mövzusu ümumiyyətlə yada salınmayıb. Məncə, İrəvan Qarabağ məsələsini gündəmdən çıxarıb, yəni o məsələ qapanıb.

Yaxşı deyək ki, Rusiya pisdir, sülhməramlılar pisdir. Bəs Brüsseldə Qarabağı qoruya biliblərmi?” – o qeyd edib.

Kolerov vurğulayıb ki, rəsmi İrəvan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb, əvəzində isə demarkasiya üçün danışıqlara başlayıb:

“Artıq əsas problem Qarabağ deyil, sərhədlərin demarkasiyasıdır. Qarabağ məsələsinin demarkasiya ilə əvəzlənməsi isə fəlakətdir”.

İlkin Həsənov
Globalinfo.az