İrəvan Bakıya uçuşla bağlı məlumat göndərdi

Ermənistan İrəvan-Qafan sınaq uçuşu ilə bağlı Azərbaycan tərəfini məlumatlandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Mülki Avaisiyası məlumat yayıb.

Bildirilib ki, Çexiya istehsalı L-410 kiçikhəcmli sərnişin təyyarəsi ilə 26 aprel tarixində İrəvan-Qafan uçuşu icra edilib.

Mülki Aviasiya Komitəsi təyyarənin qalxma və eniş zamanı Azərbaycanın nəzarət etdiyi ərazini keçib-keçməməsi ilə bağlı suala mənfi cavab verib.

Komitə qeyd edib ki, istənilən sınaq uçuşunun məqsədi texniki və digər problemlərin müəyyən edilməsi və aradan qaldırılmasıdır.

Qeyd edək ki, Ermənistanın Qafan aeroportu Ağkənd, Qafan-Gorus avtomobil yolu isə Qazançı döyüş məntəqəsinin vizual nəzarətindədir.