iran1

ABŞ Senatı Böyük Britaniya, Fransa və Almaniyanı İrana qarşı “snapback” mexanizmini aktivləşdirməyə dəvət edib.

Globalinfo.az xəbər verir ki, Avropa ölkələri bu addımı cümə axşamı atacaq. Bir aylıq prosedurdan sonra BMT-nin qərarı ilə İranın maliyyə, bank, neft-qaz və müdafiə sektorlarını əhatə edən beynəlxalq sanksiyalar bərpa ediləcək.

Qərb ölkələri iddia edir ki, İranın nüvə proqramı artıq mülki çərçivədən çıxaraq hərbi potensiala yönəlib. Tehran isə nüvə silahı əldə etmək niyyəti olmadığını israrla bildirir.

Adının açıqlanmasını istəməyən qərbli bir diplomat deyib: “Əsl danışıqlar məktub BMT Təhlükəsizlik Şurasına təqdim edildikdən sonra başlayacaq”.

Tahir Turan

Globalinfo.az

Paylaş: