6a5678b5a0a1d6a5678b5a0a1e17840518936a5678b5a0a1b6a5678b5a0a1c 12

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Prezidenti Donald Trampla əlaqəli Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanındakı daşınmaz əmlak obyektlərini qanuni hədəf hesab edir.

Globalinfo.az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti Teleqram kanalında məlumat paylaşıb.

Bəyanatda Trampın adı ilə əlaqələndirilən bir sıra obyektlər sadalanıb. Onların arasında Dubaydakı “Trump International Hotel”, Ciddədəki “Trump Plaza” və Ər-Riyaddakı “Trump Tower” də yer alıb.

SEPAH qeyd edib ki, sözügedən obyektlər mümkün zərbələr üçün qanuni hədəf hesab olunur.

Hələlik ABŞ administrasiyası və adıçəkilən ölkələrin rəsmiləri məsələ ilə bağlı açıqlama verməyiblər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: