İrandan Qərbə kritik həmlə: Nüvə silahına hazırlıq başladı

İran Fordo nüvə obyektində uranın 60%-ə qədər zənginləşdirilməsinə başlayıb.

Globalinfo.az xəbər verir ki, bu məlumatı İSNA agentliyi yayıb. Məlumata görə, müvafiq qərar MAQATE-nin İdarəçilər Şurasının İranın nüvə proqramı ilə bağlı qətnaməsinə cavab olaraq qəbul edilib.

Qeyd edək ki, adı çəkilən qətnamə ABŞ, Almaniya, Fransa və Britaniyanın təşəbbüsü ilə irəli sürülmüşdü. Buna səbəb İranın qeydə alınmamış obyektlərindəki nüvə materiallarının mənşəyini təqdim etməməsi olub. İran MAQATE-də qəbul edilən qətnaməni kəskin dillə tənqid edib.

Bununla belə, son zamanlar İranın nüvə silahı əldə edəcəyi ilə bağlı qorxular artıb. Xüsusilə Tehranın Rusiyaya tədarük etdiyi PUA-lar qarşılığında nüvə fəaliyyətlərini bitirmək üçün materiallar əldə edəcəyi güman olunur. Bundan başqa, İranı daxilindəki etirazların yatırılması və teokratik rejimin davamlılığı üçün təcili nüvə silahı hazırlığını aktivləşdirməsi Qərb ölkələrini qorxudur.

İlkin
Globalinfo.az