Azərbaycana hücum başladı: Görün, nə yazdılar – FOTO/Yenilənib

Azərbaycana hücum başladı: Görün, nə yazdılar - FOTO/Yenilənib

“Global Media Group”un nəzdində fəaliyyət göstərən onlayn resurslara kütləvi haker hücumu həyata keçirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Global Media Group” açıqlama yayıb.

Açıqlamada deyilir ki, bu kiberhücumlarla əlaqədar hazırda “Report.Az”, “Oxu.Az”, “Media.Az”, “Baku.ws”, ”Caliber.Az” saytlarının və “Baku TV”nin fəaliyyətində problem yaranıb.

“Serverlərə və saytların panelinə sızmalara cəhd edilir və saytların giriş səhifələrinə şəkillər yerləşdirilir.

Kütləvi kiberhücumların cəhdinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Mütəxəssislər hazırda saytların işinin bərpa olunması istiqamətində çalışır.

Xüsusi qeyd etmək istərdik ki, bu adi DDoS hücumu yox, peşəkar, hərtərəfli kiberhücumdur.

Eyni zamanda, bütün bu hücumlarla bağlı səlahiyyətli qurumlara məlumat verilib. Problemin aradan qaldırılması istiqamətində işlər aparılır”, – açıqlamada qeyd olunub.

***12:13

Azərbaycanda bir neçə sayta, o cümlədən Report İnformasiya Agentliyinə kiberhücum olub.

Globalinfo.az xəbər verir ki, hazırda saytlara girişdə problem yaranıb.

Report İnformasiya Agentliyinə daxil olduqda xüsusi səhifə açır. Burada Qurandan bir ayə yerləşdirilib: “Həcc surəsi, 39-cu ayə: (Kafirlərin ) vuruşa başladığı insanlara, (o kafirlərlə) (vuruşmağa) icazə verilmişdir. Çünki onlar zülmə məruz qalmışlar. Şübhəsiz ki, Allah onlara kömək etməyə qadirdir”.

Azərbaycana hücum başladı: Görün, nə yazdılar - FOTO/Yenilənib Azərbaycana hücum başladı: Görün, nə yazdılar - FOTO/Yenilənib