“ABŞ və İsrail bankları hədəf ola bilər, xalq xəbərdar edilsin”.
Globalinfo.az xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Xatəmül-Ənbiyə qərargahı məlumat yayıb.
Bildirilir ki, əhali bu banklardan bir kilometrlik radiusda belə olmamalıdır:
“ABŞ və İsrail İranın bir bankını hədəf alıb. Onlar bu hərəkətləri ilə bizə regionda iqtisadi mərkəzlər və bankları hədəf almaq imkanını açdılar. Amerikalılar bizim cavab addımlarımızı gözləsinlər”.
Safura Bənnayeva
Globalinfo.az