seid

ABŞ İranla münaqişədə məqsədlərini daim dəyişir”.

Globalinfo.az xəbər verir ki, İran xarici işlər nazirinin müavini Səid Xətibzadə deyib.

“Bu, onların maraqlarından asılıdır. ABŞ İrana qarşı müstəmləkəçi kimi davranır, ölkədəki hökuməti dəyişdirməyə çalışır”, – o bildirib.

Xətibzadə həmçinin qeyd edib ki, Şri-Lanka sahillərində İranın “IRIS Dena” freqatını batıranlar cəzasız qalmayacaqlar.

Qedy edək ki, martın 4-də Hind okeanında İran Hərbi Dəniz Qüvvələrinə məxsus “IRIS Dena” freqatına edilən hücum nəticəsində 100-dən çox dənizçi həyatını itirib.

Məlumata görə, gəmi Hindistana dostluq səfəri çərçivəsində yola düşmüşdü və göyərtəsində 130 nəfər heyət üzvü var idi.

Bildirilir ki, freqat İran sahillərindən təxminən 2 min mil uzaqlıqda, beynəlxalq sularda ABŞ-yə məxsus sualtı qayıq tərəfindən xəbərdarlıq edilmədən torpedo ilə vurularaq batırılıb.

ABŞ Müdafiə Nazirliyi sualtı qayığın gəmiyə torpedo atdığını təsdiqləyib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: