İranda güclü zəlzələ: Naxçıvanda da hiss olundu

İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub.

Bu barədə Globalinfo.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 15:47-də Naxçıvan stansiyasında 86 km cənub-qərbdə, İran ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5-3 bala qədər hiss olunub.

Zəlzələnin maqnituası 5.5, dərinliyi 10 km olub.