Azərbaycanda yenidən zəlzələ oldu – YENİLƏNİB

Azərbaycanda yenidən zəlzələ olub.

Globalinfo.az xəbər verir ki, bu barədə AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib.

***09:30

Bu gün yerli vaxtla 09:18-də İran ərazisində maqnitudası 5.1 olan zəlzələ baş verib.

AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan Globalinfo.az-a verilən məlumata görə, zəlzələ Azərbaycanın həmsərhəd rayonlarında və ona yaxın ərazilərdə 5-3 bala qədər hiss olunub.

X X X

“İlkin məlumatlara əsasən Azərbaycanla İran sərhədində zəlzələ qeydə alınıb”.

Bu barədə Globalinfo.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edilib ki, 09:18-də baş verən zəlzələ sərhəd rayonlarında – Yardımlı, Lerik, Saatlı, Ağdamda hiss olunub.