1745835921 1745393382 pezeskian

İranda türk adlarına qoyulan məhdudiyyətlərlə bağlı azərbaycanlıların başlatdıqları “Balamın adı” kampaniyası və bununla bağlı İran Prezidenti Məsud Pezeşkiana ünvanladıqları məktubdan sonra M.Pezeşkian məsələnin araşdırılması ilə bağlı göstəriş verib.

Globalinfo.az xəbər verir ki, bu haqda “Balamın adı” kampaniyası məlumat yayıb.

Prezident 15.761 nəfərin imzaladığı petisiyaya cavab olaraq İran Vətəndaşlığın Qeydiyyatı İdarəsinə də göstəriş verib və adlara qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə iş görülməsini istəyib.

Paylaş: