İranda şiddətli zəlzələ: yaralananlar var – Naxçıvanda isə…

İran bu gün baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində 82 nəfər xəsarət alıb.

Bu barədə “Azad İran” Teleqram kanalı məlumat verib.

“Bu gün səhər 10:30-a kimi Salmas şəhərində 70 nəfər təcili yardıma müraciət edib, 60 nəfər ambulator müalicə alıb, evə buraxılıb, 10 nəfərin müalicəsi davam edir və bir neçə saat ərzində evə buraxılacaq.

Xoy şəhərində 12 yaralı var, yeddi nəfər evə buraxılıb, beş nəfərin müalicəsi davam etdirilir”, – deyə Qərbi Azərbaycan əyalətinin Böhran İdarəetmə Mərkəzinin müdiri bildirib.

***
10:00

İranda baş verən zəlzələdən sonra Naxçıvan Muxtar Respublikası ərazisində hər hansı dağıntı və ya itki qeydə alınmayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Naxçıvan MR Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhəri bölgəsində 5,6 maqnitudalı zəlzələ olub. Hadisə Bakı vaxtı ilə 07:16-da qeydə alınıb.

Zəlzələ Naxçıvan MR-də 3-4 bala qədər hiss olunub. Xəsarət alan olmayıb.