İranda güclü zəlzələ qeydə alınıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Məlumata görə, zəlzələ 5,3 bal gücündə Şiraz şəhərindən 139 km cənubda olub. Zəlzələnin ocağı 19 km dərinlikdə olub.
Tələfat və dağıntı barədə məlumat verilməyib.