1677926937 1677926924 1677876195 zelzele

İranın Cənubi Xorasan ostanında güclü zəlzələ olub.

Globalinfo.az xəbər verir ki, bu barədə İran Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 16:13-də Bocnurd şəhərində qeydə alınan 5,2 maqnitudalı zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində 28 nəfər xəsarət alıb. Zəlzələ zamanı stresslə əlaqədar 10 nəfərə isə yerində lazımi dəstək verilib.

Qeyd edək ki, bu gün səhər İranın Şimali Xorosan ostanında 4,7 və 4,1 maqnitudalı zəlzələ olub.

Paylaş: