israil iran

İsrail ötən həftə ABŞ Müdafiə Nazirliyindən həssas hərbi məlumatların sızması səbəbindən İrana hücumu təxirə salıb.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Tayms” nəşri çıxış edib.  

Məlumata görə, İsrail İranın son olaraq 200 ballistik raketlə hücumuna cavab planı hazırlayıb və onun yoxlanılması üçün Pentaqona təqdim edib. Bu planda İranın proksilərinə zərbə endirilməsi də nəzərdə tutulub.

Lakin ötən həftə Tehrana bağlı Teleqram kanalları sözügedən planı peyk görüntüləri və kəşfiyyat məlumatları ilə birlikdə yayıb. Hücumun əsasən İsrailin “Qızıl üfüq” və “Qaya” ballistik raketləri ilə həyata keçiriləcəyi bildirilib. Təl-Əviv bundan sonra hücum planını təxirə salıb.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: