Qəzzada ölənlərin sayı kəskin artdı

İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölən fələstinlilərin sayı 1990 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin rəsmi Feysbuk səhifəsində məlumat yayılıb.

Məlumata görə, yaralıların sayı 7696 nəfərdir. Ölənlər arasında 614 uşaq, 370 qadın var.

Məcburi köçkünlərin sayı isə 450 minə çatıb.