İran yeni müharibəyə başlaya bilər – ABŞ hərəkətə keçdi

“Bayden administrasiyası İsraillə Hizbullah arasında konfliktin genişqmiyaslı hərbi toqquşmaya çevriləcəyindən qorxur və onun qarşısını almağa cəhd edir”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Axios” portalı çıxış edib.

Məlumata görə, Bayden administrasiyası son həftələr İsraili müharibə fikrindən döndərməyə cəhdlər edib.

Vaşinqtonu qorxudan əsas məqam toqquşmaya İranın müdaxilə etməsi olduğu bildirilib. Amerikalıların buna görə gərginliyi azaltmaq üçün təcili HƏMAS-ın ələ keçirdiyi girovların azad olunması razılaşması üzərində işlədiyi vurğulanıb.

Əliyar Xəlil
Globalinfo.az