İran və Türkiyədən Qəzza çağırışı

İran və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı baş tutub.

Globalinfo.az xəbər verir ki, Hüseyn Əmir Abdullahian və Hakan Fidan Qəzza zolağında baş verənləri müzakirə ediblər.

Tərəflər Qəzza zolağında dərhal atəşkəs əldə etməyə çağırıblar.

Fidan regiondakı böhrana və Qəzza zolağında müharibəyə son qoymaq üçün kollektiv səylərin artırılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, tərəflər arasında telefon danışığı İran tərəfinin xahişi ilə baş tutub.

Əliyar Xəlil
Globalinfo.az