Iran foto

“İran Suriya müxalifətinin liderləri ilə birbaşa əlaqə kanalının olmasını dəstəkləyir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” İran hökumətindəki mənbəsinə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, İran Suriya ilə arasında düşmənçiliyin qarşısını almağa çalışır. Tehranın həmçinin Dəməşqdəki yeni hökumət ilə açıq dialoqa hazır olduğu vurğulanıb.

Qeyd edək ki, bundan öncə İranın xarici işlər naziri Abbas Araqçi Suriyada eks-prezident Bəşər Əsəd rejiminin məğlubiyyətinin ordunun və hökumətin günahı olduğunu bildirib

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: