tehran iran 1

İran regionda baş verən hərbi gərginlik fonunda bir sıra ərəb ölkələrinə qarşı təzminat tələbi irəli sürüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Times24” portalı məlumat yayıb.

Belə ki, İranın BMT-dəki daimi nümayəndəsi Əmir-Səid İrəvani  ABŞ və İsrailin hərbi əməliyyatlarına dəstək verildiyi iddiası ilə bəzi ölkələrdən kompensasiya tələb edib.

İrəvaninin sözlərinə görə, hərbi əməliyyatlar zamanı İranın ərazisinə və maraqlarına dəyən ziyana görə Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt və İordaniya məsuliyyət daşıyır.

Tehran hesab edir ki, bu ölkələrin göstərdiyi logistik və ya siyasi dəstək hücumların nəticələrinə birbaşa təsir edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: