İran Prezidenti Məsud Pezeşkian Qətər əmiri Şeyx Təmim bin Həmad Al Tani ilə telefon danışığı zamanı Əl-Üdeyddə yerləşən ABŞ hərbi bazasına endirilmiş zərbə nəticəsində Qətərə dəyən zərərə görə təəssüfünü ifadə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumat Qətər Əmirliyinin rəsmi saytında yayımlanıb.
“İran Prezidenti Əlahəzrət əmirdən və qardaş Qətər xalqından bu zərbə nəticəsində dəymiş zərərə görə təəssüfünü bildirib, qeyd edib ki, əməliyyat nə Qətərə, nə də onun xalqına qarşı yönəlib və bu zərbə Qətər üçün heç bir təhlükə yaratmır”, – açıqlamada qeyd olunub.
Aysel Əliyeva
Globalinfo.az