5b1e2564 5da3 394c 96bd 50dd6b11d4a4 850

Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıq iki ölkənin əlaqələrinə töhfə verə bilər.

Globalinfo.az xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində Azərbaycana səfəri barədə danışarkən deyib.

Dövlət başçısı qeyd edib ki, İranla Azərbaycan arasında əməkdaşlıq sahələri genişdir: “İki qonşu və qardaş bir-biri ilə münasibətdə nə etməlidir? Biz malik olduğumuz bütün potensial və qabiliyyətlər iqtisadi cəhətdən, sənaye, elm və digər sahələrdə bir-birimizlə əlaqədə ola bilərik.

Biz iki ölkə arasında əməkdaşlıq sahələri arasında heç bir məhdudiyyət nəzərdə tutmuruq. Təbii ki, parlamentlər arasında münasibətlər bir addım olar. Universitetlər və universitet müəllimləri arasındakı münasibətlər də başqa addım ola bilər”.

“Səhiyyə, müalicə, dərman, tibbi təchizat nöqteyi-nəzərdən də əməkdaşlıq edə bilərik. Sənaye, ticarət və müştərək əməkdaşlıqlar nöqteyi-nəzərdən də qarşılıqlı addımlar atıla bilər. Mədəniyyət, idman sahələri də bizim aramızda əməkdaşlıqlara töhfə verə bilər”, – İran Prezidenti vurğulayıb.

Paylaş: