6a5f80ee4aa626a5f80ee4aa6317846438226a5f80ee4aa5f6a5f80ee4aa61 1

İran silahlı qüvvələri son bir sutka ərzində Bəhreyn, Küveyt və İordaniyadakı 11 Amerika bazasına raket və PUA zərbələri endirib.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin dövlət teleradio şirkəti IRIB məlumat yayıb.

Məlumata görə, hücumlar nəticəsində Bəhreyndəki 4, Küveytdəki 5 və İordaniyadakı 2 ABŞ bazası hədəfə alınıb.

Eyni zamanda, İranın ardıcıl dördüncü gündür ki, Küveytin elektrik stansiyaları və şirinləşdirmə qurğularına zərbələr endirdiyi bildirilir.

Küveytin Elektrik Enerjisi, Su Təchizatı və Bərpa Olunan Enerji Mənbələri Nazirliyindən verilən açıqlamaya görə, ötən axşam İran qüvvələri yenidən bir neçə elektrik stansiyasına və su təchizatı obyektinə hücum edib. Zərbələr nəticəsində bəzi obyektlərdə yanğınlar baş versə də, operativ xidmətlərin müdaxiləsi ilə alov söndürülüb.
Nazirlikdən qeyd olunub ki, avadanlıqların qorunması, eləcə də elektrik və su sistemlərinin dayanıqlı işinin təmin edilməsi məqsədilə bəzi enerji blokları müvəqqəti istismardan çıxarılıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: