İrakli Kobaxidzenin Azərbaycana səfər proqramı 

Gürcüstan Baş naziri İrakli Kobaxidze Azərbaycana rəsmi səfərə gələcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin mətbuat xidməti yayıb.

Məlumata görə, İrakli Kobaxidze Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək. Təkbətək və geniş tərkibdə keçiriləcək görüşlərdən sonra liderlərin mətbuata birgə bəyanatı olacaq.

Səfər çərçivəsində İrakli Kobaxidze Baş nazir Əli Əsədovla da bir araya gələcək.

Gürcüstan nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını, həmçinin Şəhidlər xiyabanını ziyarət edəcək.

İrakli Kobaxidzeni səfərdə onun birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, həmçinin xarici işlər naziri İliya Darçiaşvili müşayiət edəcək.