Kobaxidzedən ABŞ-a daha bir zərbə: Gürcüstanla bağlı planı açdı

Kobaxidzedən ABŞ-a daha bir zərbə: Gürcüstanla bağlı planı açdı

Gürcüstan Baş naziri İrakli Kobaxidze ABŞ-ın bu ölkədəki sabiq səfiri Kelli Deqnanı 2023-cü ildə Gürcüstanda inqilab cəhdlərini dəstəkləməkdə ittiham edib.

Globalinfo.az xəbər verir ki, hökumət başçısı bu barədə X platformasındakı paylaşımında yazıb.

O, ABŞ-ın bu ölkədəki sabiq səfirinin 2023-cü ildə Gürcüstanda iki inqilab cəhdini dəstəklədiyini qeyd edib.

Xatırladaq ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze bir qədər əvvəl ABŞ-a səfərdən imtina edib.