İordaniya Suriyanı “qəribə arqument”lə vurdu: ölənlər var

İordaniya Suriyanın cənubundakı Əs-Sueyd əyalətinə aviazərbə endirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Suriyanın “Suwayda24” portalı məlumat yayıb.

Məlumatda 10 nəfərin öldüyü, bir neçə nəfərin dağıntılar altında qaldığı bildirilir.

Aviazərbələrin narkotik alverçilərinə qarşı mübarizə çərçivəsində endirilməsi barədə izahat birmənalı qarşılanmayıb.


Zaira Akifqızı
Globalinfo.az