İndoneziyada güclü zəlzələ baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
5,5 maqnitudalı zəlzələnin episentri 172 min insanın yaşadığı Bontanq şəhərindən (Kalimantan adası) 101 km şimal-şərqdə, ocağı 11 km dərinlikdə yerləşib.
Sunami təhlükəsi elan edilməyib.