İndoneziya sahillərində güclü zəlzələ

İndoneziyanın Yava adası sahillərində güclü zəlzələ baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə 5,2 maqnitudalı zəlzələnin episentri təxminən 247 min insanın yaşadığı Tasikmalaya şəhərindən 271 km cənubda, ocağı 25 km dərinlikdə yerləşib.

Sunami təhlükəsi elan edilməyib.