Ötən gün İstanbulun Maltəpə rayonunda keçirilən mitinqə Türkiyənin Vətən Partiyasının sədri Məhərrəm İncə də dəvət edilib.
Globalinfo.az “Axar.az“a istinadla xəbər verir ki, çıxış edəcəyi gözlənilən İncəyə söz verilməyib.
Səhnədə özünə yer tapa bilməyən İncə CHP lideri Özgür Özəlin çıxışı zamanı mitinqi tərk edib.
Onun meydanı tərk edərkən əsəbi olması diqqətdən yayınmayıb.