İlham Əliyevdən Zəngəzur dəhlizi haqda müjdə

 

İlham Əliyevdən Zəngəzur dəhlizi haqda müjdə

“8 avqust Vaşinqton sammiti nəticəsində Bakıİrəvan arasında əldə edilmiş razılaşmalar regionun tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxış edərkən deyib.

“Əminəm ki, avqustda Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikasının birləşdirilməsi üzrə Vaşinqton razılaşmaları beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə kömək edəcək”, – deyə o bildirib.

Prezident qeyd edib ki, Azərbaycan ərazisində Zəngəzur dəhlizinin tikintisi tamamlanmaq üzrədir və ilkin mərhələdə onun buraxılış qabiliyyəti 15 milyon ton təşkil edəcək:

“Bu dəmir yolu Orta Dəhlizin mühüm arteriyası olacaq. Həmçinin Zəngəzur dəhlizinin bir hissəsi olacaq avtomobil yolunun tikintisi də tamamlanmaq üzrədir”.