İğtişaşlar səngimir: Paris küçələri bu gün – FOTOLAR / VİDEO

Fransada pensiya islahatlarına etiraz əlaməti olaraq insanlar Paris küçələrinə axışıb.

Globalinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, etiraz edən kütlə ilə polis arasında qarşıdurma yaranıb.

Fransanın hüquq-mühafizə etiraz edənlərə qarşı gözyaşardıcı qazdan istifadə ediblər.

Nümayişçilər də hökumətdən pensiya islahatlarını geri götürməyi tələb ediblər, bankların və mağazaların şüşələrini sındırıblar.

Həmçinin, onlar LVMH (Louis Vuitton Moet Hennessy) şirkətinin Paris ofisinə daxil olaraq müəssisəyə od vurublar.

Məlumata görə, polis tərəfindən azı 15 nəfər saxlanılıb.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, Fransada pensiya yaşı 62-dən 64-ə qaldırılıb.

Striking railway workers gather at the Gare de Lyon train station, Thursday, April 13, 2023 in Paris. French unions are staging a new round of nationwide protests, on the eve of an expected ruling by a top constitutional body that they hope will derail President Emmanuel Macron’s unpopular pension reform plan (AP Photo/Lewis Joly)