Rəisi Ərdoğanla görüşdü: 10 müqavilə imzalandı – VİDEO

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə rəsmi səfərdə olan İran lideri ilə Prezident Külliyesində görüşüb.

Globalinfo.az xəbər verir ki, daha sonra iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci Toplantısından sonra müxtəlif müqavilələrin imzalanma mərasimi başlayıb.

Ərdoğanla Rəisinin iştirakı ilə Türkiyə və İran arasında enerji, azad zonalar, media, mədəniyyət, dəmir yolu nəqliyyatı və sürücülük vəsiqələrinin qarşılıqlı tanınması kimi məsələləri əhatə edən 10 müqavilə imzalanıb.

***16:24

İran Prezidenti İbrahim Rəisi Türkiyədə rəsmi səfərdədir.

Globalinfo.az xəbər verir ki, onu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan rəsmi mərasimlə qarşılayıb.

İki prezident arasında təkbətək görüş keçirilib.

***15:52

İran Prezidenti İbrahim Rəisi Türkiyədə rəsmi səfərdədir.

Globalinfo.az bildirir ki, o, Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi mərasimlə qarşılanır.

Rəisinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü planlaşdırır. Tərəflər ikitərəfli münasibətləri, regional situasiyanı müzakirə edəcək.