Huşunu itirən azərbaycanlı futbolçudan xəbər var

“Ağabala Ramazanov artıq reanimasiyadan palataya köçürülüb”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında “Səbail” klubunun baş məşqçisi Şahin Diniyev oyun zamanı huşunu itirən futbolçu Ağabala Ramazanov haqda danışarkən deyib.

“Vəziyyəti yaxşıdır, həkim nəzarəti altındadır. Özünü normal hiss edir. Sadəcə, bir müddət dincəlməlidir. Çünki beyni zədəlidir”, – Ş.Diniyev bildirib.

Qeyd edək ki, “Səbail”in kapitanı Ağabala Ramazanov Azərbaycan Premyer Liqasının XII turunda “Turan Tovuz”la oyun zamanı huşunu itirib.

Zaira Akifqızı
Globalinfo.az