Hökməlidə münaqişə qanla bitdi

Abşeronda bıçaqlanma hadisəsi baş verib.

Globalinfo.az-ın Lent.az-a istinadən məlumatına görə, hadisə Hökməli qəsəbəsinin girişində olub.

Bəhruz Novruz oğlu Ağayevə naməlum şəxs bıçaq zərbələri vurmaqla xəsarətlər yetirib.

B.Ağayev Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti orta ağırdır.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.