Rusiya Ermənistan iqtisadiyyatına zərər vurmağa və parlament seçkilərinin nəticələrinə təsir etməyə çalışır.
Globalinfo.az xəbər verir ki, bu barədə Brüsseldə keçirdiyi brifinqdə Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Anita Hipper deyib.
“Vaxtın təsadüfi seçilmədiyi aydındır. Rusiya Ermənistan iqtisadiyyatına zərər vurmağa və parlament seçkilərinin nəticələrinə təsir etməyə çalışır. Biz Ermənistanın demokratik dayanıqlığını, o cümlədən hibrid təhdidlər, xarici informasiya manipulyasiyası və müdaxilə, eləcə də demokratik institutlara inamı sarsıtmaq cəhdləri qarşısında dəstəkləyirik”, – deyə Hipper vurğulayıb.
Hipperin bəyanatı Ermənistana Avropa İttifaqına mümkün üzvlüklə Aİİ-də qalmaq arasında seçim etmək tövsiyəsindən sonra səsləndirilib. Ermənistanın Baş naziri Nikol Paşinyan isə bu təklifi rədd edərək, hazırkı mərhələdə referendum keçirilməsini məntiqsiz adlandırıb.
Əliyar Xəlil