1670519301 1639244474 1639244380 1639220919 1636176508 1635230837 untitled 1

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan parlamentinin sədri Alen Simonyana cavab verib.

Globalinfo.az xəbər verir ki, Hikmət Hacıyev tviter hesabında Simonyanın ittihamına cavab verib.

“Ermənistanın siyasi rəhbərliyi sözlə oynamaq əvəzinə, Laçın yolu ətrafında beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş manipulyasiya, dezinformasiya və yanlış məlumatlandırma oyunlarına, təbliğat kampaniyasına son qoymalıdır! Ağdam-Xankəndi yolu açıq və işləkdir!”, – Hikmət Hacıyev paylaşımında qeyd edib.

Paylaş: