Hikmət Hacıyevdən Novruz bayramı ilə bağlı paylaşım – FOTO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Novruz bayramının beynəlxalq səviyyədə tanınması ilə bağlı paylaşım edib. 

Globalinfo.az bildirir ki, bununla bağlı fikirlərini rəsmi “Twitter” hesabında bölüşüb.

“21 Mart – Beynəlxalq Novruz Günü Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 2010-cu il tarixli A/RES/64/253 saylı qətnamə ilə bu bayramı qeyd edən bir neçə ölkənin təşəbbüsü ilə elan edilib. Azərbaycan da bu qətnamənin təşəbbüskarları sırasındadır”.