Hikmət Hacıyevdən “Forbes”in müəllifinə cavab: “Reallığı təhrif edirsiniz”

“Evelina Oçab, sizin “Forbes” nəşrindəki məqaləniz reallığı təhrif edir, birtərəflidir və Ermənistanın təbliğat/dezinformasiya maşını tərəfindən istifadə olunur”.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviterdə “Forbes” nəşrində məqaləsi dərc edilmiş Evelina Oçab adlı müəllifə müraciətlə yazıb.

“Siz bir insan haqları müdafiəçisi kimi Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmış azərbaycanlıların hüquqlarını və acınacaqlı vəziyyəti ilə bağlı məsələni heç vaxt qaldırmamısınız”, – o bildirib.