Hikmət Hacıyev Yaroslav Zajiçek ilə görüşdü

d6a2f2ae 86d0 3874 9a77 42738c34dde4 850

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çexiyaya səfəri çərçivəsində bu ölkənin Prezident Administrasiyasının Xarici İşlər Departamentinin direktoru Yaroslav Zajiçek (Jaroslav Zajíček) ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Çexiyadakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Prezidentinin köməkçisinin həm də Çexiya xarici işlər nazirinin birinci müavini Jiri Kozak ilə görüşü olub.